İş yerini dəyişmək istəyən müəllimlər 4 vakant yer seçə bilər
2.6.2016

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az internet saytında qeydiyyatdan keçərək elektron ərizə ilə müraciət etməlidirlər. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq.

Qeyd edək ki, ötən illərdən fərqli olaraq, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

lent.az