Azərbaycan "Rio-2016" olimpiadasında rekord sayda idmançı və növlə təmsil olunacaq - SİYAHI
2.6.2016

Azərbaycan idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında rekord sayda idman növü və idmançı ilə təmsil olunacaqlar. Indiyədək başa çatmış lisenziya yarışları nəticəsində vəsiqələrin sayı "London-2012"dəki göstəricini keçib.

Olimpiadanın rəsmi saytına əsasən, Rio-de-Janeyroda 10 000-dək idmançı 39 yarış növü üzrə 301 dəst medal uğrunda mübarizə aparacaq. Bu günədək Azərbaycanın 55 idmançısı 18 növdə lisenziyanı təmin edib. Onlar artıq 57 medal qazanma şansı əldə ediblər.

2012-ci il London Yay Olimpiya Oyunlarına 15 növ üzrə 53 idmançı 52 lisenziya qazanmışdı.
Amma lisenziya sayında artım və ya azalma baş verə bilər. İş ondadır ki, lisenziya yarışları hələ yekunlaşmayıb. Bu ay Bakıda boks üzrə dünya təsnifat turniri keçiriləcək. Boksla yanaşı, atletika, üzgüçülük kimi növlərdə də lisenziya artımı gözlənilir. Azalma isə ağırlıqqaldıranlara dopinq-testdən keçə bilməmələri səbəbindən cəzanın verilmə ehtimalı üzündən baş verə bilər.

Bundan başqa, Rio-2016"ya yeni növlərdə - oxatma, kanoe-slalom, trek velosipedi və triatlonda lisenziyalar qazanılıb.

Azərbaycan idmançılarının lisenziya qazandığı idman növləri (təmsil olunacaq idmançıların və onların qazandıqları lisenziyaların sayı): Oxatma (1-1), idman gimnastikası (2-2), atletika (3-3), boks (8-8), kanoe-slalom (1-1), kayak-kanoe (2-3), şosse velosipedi (2-2), trek velosipedi (1-2), qılıncoynatma (1-1), cüdo (6-6), bədii gimnastika (1-1), akademik avarçəkmə (2-1), atıcılıq (1-1), üzgüçülük (1-2), taekvondo (4-4), triatlon (1-1), ağırlıqqaldırma (4-4), güləş (14-14)


Olimpiadada Azərbaycanı təmsil edəcək idmançılar:

S/SSoyadı, adıİdman növü və fənni
  • 1.
Albert SəlimovBoks (60 kq)
  • 2.
Elvin MəmişzadəBoks (52 kq)
  • 3.
Pərviz BağırovBoks (69 kq)
  • 4.
Cavid ÇələbiyevBoks (56 kq)
  • 5.
Lorentso SotomayorBoks (64 kq)
  • 6.
Abdulkadir AbdullayevBoks (-91 kq)
  • 7.
Məhəmmədrəsul MəcidovBoks (+91 kq)
  • 8.
Yana AlekseyevnaBoks (60 kq)
  • 9.
Hanna SkidanAtletika (çəkic tullama)
  • 10.
Nazim BabayevAtletika (üç təkanla tullanma)
  • 11.
Hayle İbrahimovAtletika (5000 m. məsafəyə qaçış)
  • 12.
Aleksandr Aleksandrov / Boris YotovAkademik avarçəkmə 
(2000 m. ikinəfərlik qayıq)
  • 13.
Valentin DemyanenkoKanoe (200m. birnəfərlik qayıq)
  • 14.
İnna Osipenko-RodomskaKayak (200 m. birnəfərlik qayıq)
  • 15.
İnna Osipenko-RodomskaKayak (500 m. birnəfərlik qayıq)
  • 16.
Yure MeqliçKanoe-slalom (birnəfərlik qayıq)
  • 17.
Elvin MürsəliyevYunan-Roma güləşi (75 kq)
  • 18.
Rövşən BayramovYunan-Roma güləşi (59 kq)
  • 19.
Rəsul ÇunayevYunan-Roma güləşi (66 kq)
  • 20.
Sabah ŞəriətiYunan-Roma güləşi (130 kq)
  • 21.
SamanTəhmasibiYunan-Roma güləşi (85 kq)
  • 22.
Mariya StadnikQadın güləşi (48 kq)
  • 23.
Anjela DoroqanQadın güləşi (53 kq)
  • 24.
Yuliya RatkeviçQadın güləşi (58 kq)
  • 25.
Mircəlal HəsənzadəSərbəst güləş (57 kq)
  • 26.
Toğrul ƏsgərovSərbəst güləş (65 kq)
  • 27.
Məhəmmədhacı XatiyevSərbəst güləş (86 kq)
  • 28.
Xetaq QazyumovSərbəst güləş (97 kq)
  • 29.
Cəmaləddin MəhəmmədovSərbəst güləş (125 kq)
  • 30.
Cəbrayıl HəsənovSərbəst güləş (74 kq)
  • 31.
Marina DurundaBədii gimnastika
  • 32.
Oleq Stepkoİdman gimnastikası
  • 33.
Petro Paxnyukİdman gimnastikası
  • 34.
Komanda hesabında 4 nəfərAğırlıqqaldırma
  • 35.
Komanda hesabında 4 nəfərAğırlıqqaldırma
  • 36.
Komanda hesabında 4 nəfərAğırlıqqaldırma
  • 37.
Komanda hesabında 4 nəfərAğırlıqqaldırma
  • 38.
Radik İsayevTaekvondo (+80 kq)
  • 39.
Fəridə ƏzizovaTaekvondo (67 kq)
  • 40.
Milad Beigi HarçeqaniTaekvondo (-80 kq)
  • 41.
Patimat AbakarovaTaekvondo (49 kq)
  • 42.
Maksim AverinVelosiped (şosse)
  • 43.
Olqa İsmayılovaVelosiped (keyrin)
  • 44.
Olqa İsmayılovaVelosiped (sprint)
  • 45.
Yelena PavluxinaVelosiped (şosse)
  • 46.
Maksim ŞemberevÜzgüçülük (400 metr məsafəyə kompleks üzmə)
  • 47.
Maksim ŞemberevÜzgüçülük (1500 met məsafəyə sərbəst üsulla üzmə)
  • 48.
Sabina MikinaQılıncoynatma (sablya)
  • 49.
Rostislav PevtsovTriatlon
  • 50.
Olqa SenyukKamandan oxatma
  • 51.
Ruslan LunyovGüllə atıcılığı
52 - 57.cüdo6 lisenziya (60 kq, 66 kq, 73 kq, 90 kq, 100 kq, +100 kq)

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək. 

report.az