Xəyanətin qarşısını alan üzük
3.7.2012

Amerikalı xanımlar ərlərinin onlara xəyanət etmələrinin qarşısını almağın maraqlı yolunu tapıblar.
"TheCheeky.com" saytında satışa çıxarılmış üzüyün içində "I'm Married”, yəni "Evliyəm" yazılıb.
Üzük barmaqdan çıxarılandan sonra barmaqda bir müddət "Evliyəm" yazısı qalır.

550 dollara satılan üzük titandan hazırlanıb.

Milli.Az