Rep ifaçısı Mədəniyyət Evinin direktor müavini təyin edilib
3.7.2012

Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə Anar Cəbiyev təyin olunub.

Qeyd edək ki, daha çox “Nağılbaz” səhnə adı ilə məşhur olan Anar Cəbiyev 28 mart 1974-cü ildə Bakıda anadan olub.

O, Azərbaycanın ilk reperi hesab olunur. 1988-ci ildə bu sənətlə məşğul olmağa başlayıb, 1990-cı ildə isə Azərbaycanı Yaltada keçirilən beynəlxalq festivalda “Bivəfa” adlı mahnısı ilə təmsil edib.

Gün.Az