Futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Kanada yığması ilə qarşılaşacaq. Bu, Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın hazırlıq prosesində sonuncu yoldaşlıq görüşü olacaq.
İlk oyunda Andorra ilə qolsuz heç-heçəyə razılaşan milli ardınca Makedoniyaya məğlub olub - 1:3.
Martın 26-da Qazaxıstana 0:1 hesablı məğlubiyyəti də nəzərə alsaq, Azərbaycan millisi builki yoldaşlıq görüşlərində qalib gələ bilməyib. Kanada isə daha zəif statistikaya malikdir. Benito Floronun rəhbərlik etdiyi komanda son 4 matçında nəinki qələbə qazanıb, hətta qol vura bilməyib. 2015-ci ilin noyabrında keçirilmiş dünya çempionatının Şimali və Mərkəzi Amerika üzrə seçmə mərhələ oyunlarında Salvadorla qolsuz heç-heçə edən Kanada bu ilin fevralında yoldaşlıq görüşündə ABŞ-a 0:1 hesabı ilə məğlub olub, ardından Meksika ilə bacarmayıb - 0:3, 0:2.
Qeyd edək ki, indiyədək Azərbaycan və Kanada milliləri qarşılaşmayıb. Bakı vaxtı ilə saat 21:00-da başlanacaq görüş Avstriya toplanışında sonuncu olacaq.
21:00. Azərbaycan - Kanada
Baş hakim: Saşa Amhof
Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Vital Jobin
Dördüncü hakim: Adrien Cakkottet (Hamısı İsveçrə)
Avstriya, "Rorbax" stadionu
report.az