Cənub bölgəsində turizmlə bağlı təlim kurslarına başlanılıb
3.6.2016

Lənkəranda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə cənub bölgəsində turizm sahəsində çalışan işçilər üçün kurslara başlanılıb.

Nazirlikdən bildirilib ki, 8 gün davam edəcək təlim kurslarına Astara, Lənkəran, Lerik, Masallı və Yardımlıdan olan mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları qatılıb.

Türkiyədən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən təlim kursları əsasən dörd sahəni: mehmanxana idarəçiliyini, qeyd-qəbul işinin təşkilini, masa xidmətinin təşkilini, xidmətçilərin təlimi və xidmətçilik ixtisaslarını əhatə edir.

Təlim kurslarının sonunda iştirakçılara sertifikatlar veriləcək.

azertag.az