Mask: “Üç ildən sonra pilotsuz avtomobillər erası başlayacaq”
3.6.2016

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask (Elon Musk) sürücüsüz idarə olunan avtomobil yaradılması probleminin artıq öz həllini tapdığını söyləyib.

“Bloomberg”in verdiyi məlumata görə, E. Mask bildirib ki, 3 ildən sonra əksər avtomobillər sürücüsüz hərəkət edəcək: “Mən pilotsuz avtomobil problemini əsasən həll olunmuş sayıram”.

Amerikalı dahinin fikrincə, 2 ildən sonra avtomobillərin sürücüyə ehtiyacı qalmayacaq. Daha 1 il isə tənzimləyici sənədlərin qəbulu üçün lazımdır.

E. Mask 2025-ci ilə qədər insanların Marsa uçacağına dair proqnozunu da təkrarlayıb.

lent.az