"Snapchat" messencerinin sutkalıq auditoriyası 150 milyon nəfər təşkil edib.
"Bloomberg"ə istinadən verilən xəbərə görə, dekabrda bu göstərici 110 milyon nəfər idi.
"Twitter" mikrobloq xidmətinin sutkalıq auditoriyası isə 140 milyon nəfər olub. Xidmətin aylıq istifadəçilərinin sayı isə 310 milyon nəfər təşkil edir.
Qeyd edək ki, "Facebook" "Snapchat"ın analoqunu yaratmağa hazırlaşır.
lent.az