Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən voleybol üzrə rayon birinciliyi başa çatıb.
Beş gün davam edən yarışda 6 komanda iki qrupda dairəvi sistem üzrə yarışıb. Yarışların yekun nəticələrinə əsasən “FHN” komandası birinci, “Tüləgüvan” komandası ikinci, “Stansiya” komandası isə üçüncü yeri tutub. Qaliblərə kubok və diplomlar verilib.
Mükafatlandırma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlar ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının nəticəsi kimi qiymətləndirilib.
azertag.az