Bakıda böyük rus şairinin yubileyi qeyd olunacaq
6.6.2016

İyunun 6-da Bakıda böyük rus şairi A.S.Puşkinin anadan olmasının 217 illiyi qeyd olunacaq.

Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, paytaxtımızdakı A.S.Puşkin adına parkda təşkil olunacaq tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, şairlər, yazıçılar və məktəblilər iştirak edəcəklər.

Tədbiri Rusiyanın Azərbaycandakı səfirliyi “Sodrujestvo” cəmiyyəti ilə birgə təşkil edib.

azertag.az