İyulun 18-də Hindistanda 57-ci Beynəlxalq Geyim Festivalı keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Hindistanda geyim ixracının təşviqi ilə məşğul olan şuranın təşkilatçılığı ilə keçirilən festival iyulun 20-də başa çatacaq.
azertag.az