“Azanfilm” studiyasında animasiya və modellinq sahəsində fəaliyyətə başlayan gənclərlə görüş
6.6.2016

“Azanfilm” studiyasında animasiya və modellinq sahəsində fəaliyyətə başlayan gənclərlə görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Azanfilm”in yeni kadr siyasətinə və bədii islahatlar planına uyğun olaraq 5 ay ərzində görülmüş işlərdən söz açıb. Bu islahatlar nəticəsində milli animasiya tarixində ilk dəfə olaraq yeni kadrlarla çoxseriyalı cizgi filmlərinin istehsalının mümkünlüyü vurğulanıb.

Görüşdə elan olunmuş vakansiya müsabiqəsinin fərqlənmiş iştirakçılarından ibarət yeni işçi qrupların yaradılması müzakirə edilib. İki gənc mütəxəssisə yeni layihənin icrası tapşırılıb.

Studiyanın gənc kadrlarla əməkdaşlıq etmək niyyəti və onlara animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasında dəstək olacağı bildirilib.

azertag.az