Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli ifaçı, Əməkdar Artist Fatma Mehrəliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş konsert təşkil olunub.
İdarədən bildirilib ki, konsertdə məktəbin müəllimləri - Gülnar Haşımova, Elşən Tahirov, Rövşən Abbasov, Zərqələm Cəfərova və başqalarının ifa etdikləri əsərlər Fatma Mehrəliyeva sənətinin nə qədər maraqlı və zəngin olduğunu bir daha sübut edib.
Sonda F.Mehrəliyevaya həsr olunmuş sənədli film nümayiş olunub.
Qeyd edək ki, Fatma Mehrəliyeva yaradıcılığa 1940-cı ildə “Sazçı qızlar” ansamblında başlayıb. Onun Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxil edilib. "Arşın mal alan" filmində Telli rolunu canlandırıb. Bir çox Azərbaycan muğamlarını məharətlə oxuyan F.Mehrəliyeva “Kəsmə şikəstə"nin əvəzsiz ifaçısı kimi tanınır.
azertag.az