AFFA iki stadionu tenderə çıxarıb
4.7.2012

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tabeçiliyində olan iki stadionu tenderə çıxarır. Qurumun prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı jurnalistlərə bildirib ki, tenderə Mərdəkandakı "Dalğa Arena" və Bayıl qəsəbəsində inşa edilən stadionlar çıxarılıb.

Abdullayev həmçinin jurnalistlərə açıqlamasında deyib ki, Premyer Liqanın teleyayım hüququ Peşəkar Futbol Liqasından alınaraq AFFA-ya verilib. O bildirib ki, telekanallar tender üçün AFFA-ya müraciət etməlidirlər.

Onun sözlərinə görə, teleyayımdan gələn pul Premyer Liqadakı 12 klub arasında bölüşdürüləcək.

trend.az