İyunun 6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin birgə layihəsi əsasında növbəti treninqlərə start verilib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək treninqlər “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALISA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları” və “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında həsr olunub.
Kitabxananın direktoru Kərim Tahirov layihənin əhəmiyyətindən söz açıb. Bildirilib ki, Milli Kitabxanada belə layihələrin həyata keçirilməsi ənənəvi hal alıb. Direktor deyib ki, sözügedən üç mövzuda treninqlər ilin sonunadək davam edəcək.
Sonda Azərbaycan Milli Kitabxanası ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.
azertag.az