İki böyük bəstəkarın dişləri oğurlandı - Video
4.7.2012

IX əsrdə yaşamış böyük bəstəkarlar Ştrauss və Bramsın məzarları açılıb, onların dişləri sökülüb. Avstriyanın paytaxtı Vyanadakı Zentralfriedof qəbristanlığında dəfn edilmiş Yohann Ştrauss və Yohann Bramsın məzarlarının kim tərəfindən təhqir olunduğu hələ dəqiq bilinmir.

Avstriya mediasının OJ adlandırdığı oğru bəstəkarların məzarlarını dağıdıb, onların dişlərini kəlbətinlə çıxarıb.
O, dişləri sökdüyü anları videokamera ilə çəkərək internetdə yayıb.

Həmin adamın Zentralfriedof qəbristanlığında yüzlərlə məzara da zərər verdiyi vurğulanır.

1899-cu ildə vəfat etmiş Yohann Ştraus "vals kralı" adlandırılır. Brams XIX əsrin ən önəmli romantik musiqi müəlliflərindən biri sayılır.
Video

Milli.Az