Gənclər təşkilatı “Azərbaycan-dini dözümlülük üçün nümunə” adlı layihənin icrasına başlayıb
7.6.2016

“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi “Azərbaycan-dini dözümlülük üçün nümunə” adlı layihənin icrasına başlayıb.

Birlikdən bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd islam dininin gənclər arasında düzgün təbliği, onlarla dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm qarşı mübarizə üsulları haqqında maarifləndirmə işinin aparılmasıdır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilir.

Birliyin sədri Xalid Rəcəbli Hacıqabul rayonunda keçirilən tədbirdə bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə qarşılıqlı münasibət qurub.

azertag.az