Zərdab Rayon İcra Hakimiyyətində Ramazan ayının gəlişi münasibətilə görüş keçirilib.
Görüşdə rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ziyalılar, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev müqəddəs Ramazan ayının gəlişi münasibətilə iştirakçıları təbrik edib, ölkəmizdə əsrlərdən bəri gələn, sovetlər birliyi dövründə belə qadağalara baxmayaraq xalqımız tərəfindən unudulmayan adət-ənənələrin, milli-mənəvi dəyərlərin qorunmasına göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə çıxış edənlər saflıq, təmizlik ayı olan Ramazanın insanlara aşıladığı ən gözəl dəyərlərdən bəhs ediblər.
Görüşdə din xadimlərinin qayğı və təklifləri dinlənilib, müvafiq qurumlara konkret tapşırıqlar verilib.
azertag.az