Nabranda “Ata, ana və mən - turist ailəsiyik” mövzusunda ölkə çempionatı keçirilib
7.6.2016

Nabrandakı “Xəzər” İstirahət Mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Ata, ana və mən - turist ailəsiyik” mövzusunda ölkə çempionatı keçirilib.

Yarışda hər birində üç nəfər (ata, ana və uşaq) olan 22 komanda mübarizə aparıb. Komandalar arasında qaliblər aşağı və böyük yaş qruplarındakı uşaqlar (oğlan və qızlar) üzrə müəyyən edilib.

Çempionatın açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və baş məsləhətçi Tofiq Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Sağlam həyat tərzinin ölkəmizdə təbliği istiqamətində mühüm addımların atıldığını diqqətə çatdıran natiqlər belə tədbirlərin bundan sonra da keçiriləcəyini vurğulayıblar.

Böyük maraq doğuran yarışda iştirakçılar meşə zonasında quraşdırılmış müəyyən maneələri dəf ediblər.

Sonda qalib gələn komandalar müxtəlif hədiyyələr və diplomlarla təltif olunublar.

azertag.az