İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
7.6.2016

Prezident İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

president.az