İyunun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq Yazıçısı, görkəmli dramaturq Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın yaradıcı heyət ilə görüş keçiriləcək.
Milli Kitabxanadan bildirilib ki, layihə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Dövlət Musiqili Teatrının birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, Dövlət Musiqili Teatrında bir neçə dəfə səhnəyə qoyulan və böyük tamaşaçı sevgisi qazanan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdiyevdir.
azertag.az