İyunun 10-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində Maral Rəhmanzadənin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq.
İdarədən bildirilib ki, Azərbaycan qadınlarının obrazı, həyatı, doğma təbiətin təsviri rəssamın çəkdiyi rəsmlərin əsas mövzusunu təşkil edir. O, “Mənim bacılarım”, “Bizim qızlar”, “Doğma Vətənim”, “Azərbaycan”, “Bizim qızlar”, “Azərbaycan qadını keçmişdə və indi”, “Qadınlar müharibə illərində” və başqa əsərlərin müəllifidir. Onun əsərləri Tretyakov qalereyası (Moskva), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.
azertag.az