Gürcüstanın paytaxtı Tiflis yaxınlığında xlor sızması nəticəsində 70 nəfər zəhərlənib. Zərərçəkmişlərdən birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Zəhərlənənlər arasında çox sayda uşağın və bir hamilə qadının olduğu bildirilir.
Xlor sızması ötən gecə Tiflis yaxınlığındakı Lilo qəsəbəsində yerləşən 800 litrlik rezervuarda baş verib. Rezervuarın sahibinin isə İrandan olan özəl su təchizatı şirkətinin olduğu bildirilir.
Gürcüstan prezidenti Mixail Saakaşvili və səhiyyə naziri Zurab Çiaberaşvili xlordan zəhərlənənlərə baş çəkiblər. Nazir Gürcüstan hökumətinin zərərçəkmişlərin müalicəsini öz üzərinə götürəcəyinə söz verib.
Hazırda xlor sızmasının səbəbləri araşdırılır. Sızmanın rezervuarda qəza nəticəsində baş verdiyi ehtimal edilir.
ANS PRESS