Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli xarici ölkələrdə konsert proqramları ilə çıxış edəcək.
Cazmenin iyunun 15-də Nyu-Yorkda “Blue Note”, 16-da Bostonda “Scullers” caz-klublarında konserti olacaq. Musiqiçi avqustun 4-də isə “Jazz in Marciac” festivalında çıxış edəcək.
Sentyabrın 12-də Nyu-Yorkda “Blue Note” caz-klubunda Şahin Növrəslinin albomu təqdim olunacaq.
azertag.az