Günün ulduz falı
21.9.2011

QOÇ - Nədənsə son vaxtlar ulduzların tövsiyələrinə əməl etmirsiniz. Belə passivliklə irəli getməksə çox çətindir. Bu səbəbdən də nahardan sonra gözlənilən önəmli şanslardan bəhrələnməlisiniz.

BUĞA - Bütün gücünüzü fəaliyyətə həsr etsəniz, ötən günlərdə yarımçıq qalmış problemləri dəf edəcəksiniz. Uzaq səfərə çıxmaq fikrindən daşının. İşgüzar sövdələşmələrdən yan keçməyin.

ƏKİZLƏR - Rastlaşdığınız problemləri dinc yolla həll etməyə çalışın. Kənar müdaxilələrə o qədər də əhəmiyyət verməyin. Günün ikinci yarısı aldığınız hər bir dəvəti təxirə salın.

XƏRÇƏNG - Dünəndən mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan bütün vacib işlərinizi təxirə salın. Bu gün müqəddəs ziyarətgahlarımızdan birinə səfər edin. Axşam maraqlı insanlarla qarşılaşacaqsınız.

ŞİR - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də nahardan sonra uzaqgörənliyə ehtiyacınız olacaq. Səhhətinizi qoruyun.

QIZ - Hansısa sövdələşmə ilə bağlı bəzi anlaşılmazlıq yarana bilər. Lakin bunu zorakı üsullarla yoluna qoymaq səmərəsizdir. Axşama doğru yaxınlarınız tərəfindən sevinəcəyiniz gözlənilir.

TƏRƏZİ - Hər bir münaqişədən uzaq olmağa çalışın. Rəqib və düşmənlərinizdən qisas almaqdansa yarımçıq planlarınızı yekunlaşdırın. Ailə-sevgi münasibətlərində səbrli və mülayim olun.

ƏQRƏB - Ulduzların sizə verdiyi tarixi fürsətdən bəhrələnməyə çalışın. Bütün gücünüzü səfərbər edin. Boş dayanmaq məğlubiyyətdir. Yaxşı mənada hər bir vasitədən istifadə edin.

OXATAN - Bürcünüz üçün həftənin ən aktiv günü olacaq. Ulduzlar daha çox maliyyə imkanlarınızın genişlənəcəyini bildirir. Bu səbəbdən də potensialınızdan yararlanıb büdcənizi artırmağa çalışın.

OĞLAQ - Şəxsi büdcənizi artırmaq üçün geniş imkanlar qazansanız da, bu təqvimi mübahisəsiz başa vurmayacaqsınız. Ulduzlar son vaxtlar səbrsiz və əsəbi olmağınızdan şikayət edir.

SUTÖKƏN - Ətrafınızdakıların sizin kimi olmamasından məyus olursunuz. Unutmayın ki, hər kəsin öz xarakteri var və reallığa düzgün yanaşmalısınız. Kobud adamlara qarşı sərt olun.

BALIQLAR - Gün ərzində yalnız adi işlərlə məşğul olmağa çalışın. Hansısa ciddi məsələyə müdaxilə etmək, risklərə meyllilik arzuolunmazdır. Xüsusən də saat 15-dən sonra ayıq-sayıq olun.