Metronun "20 Yanvar" stansiyasının bir çıxışı bağlanacaq
7.6.2016

Bakı metrosunun "20 Yanvar" stansiyasındakı eskalatorlar dəyişdiriləcək.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, "20 Yanvar" stansiyasında hazırda fəaliyyətdə olan 3 eskalatorun istifadə müddəti bitib. Ona görə də həmin eskalatorlar yenisi ilə əvəzlənəcək.

N.Paşayev deyib ki, stansiyada eskalatorların dəyişdirilməsinə gələn ay başlanılacaq. Həmin müddətdə metronun "20 Yanvar" stansiyasının ikinci vestübülü bağlı olacaq.

Qeyd edək ki, bir müddət əvvəl "Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" və "İnşaatçılar" stansiyalarında istifadəsini başa vuran eskalatorları yenisi ilə əvəzləyib.

milli.az