"Eurovision" qalibi tanınmaz hala düşdü - FOTO
4.7.2012

Türkiyədə keçirilən "Eurovision-2004"ün qalibi olan Ukrayna təmsilçisi Ruslana tanınmaz hala düşüb. Paparatsilər 39 yaşlı müğənnini Ukraynada keçirilən Futbol üzrə Avropa Çempionatı zamanı çəkə biliblər.

Bu zaman gözəlliyi ilə diqqətləri cəlb edən Ruslana makiyajsız, manikürsüz, saçları səliqəsiz formada olub.

Şəkli şərh edən bloqçular bu şəklə baxandan sonra onun 8 il öncə "Eurovision"la qələbə gətirən qadın olduğunun çətin olduğunu deyiblər. Bəzilərinin fikrincə, müğənninin belə baxımsız olmasına səbəb onun tünd spirtli içkilərə olan meyli olmasıdır.

ANS PRESS