"Qarabağ"ın Avstriyada keçirəcəyi təlim-məşq toplanışı zamanı ikinci yoldaşlıq görüşündəki rəqibi müəyyənləşib. Klubun rəsmi saytına istinadən verilən məlumata görə, Ağdam komandası Rusiya vitse-çempionu "Rostov"la üz-üzə gələcək.
Görüş iyunun 28-ində baş tutacaq. Daha öncə "Qarabağ"ın ilk yoxlama matçında Avstriya təmsilçisi "Vakker"lə qarşılaşacağı açıqlanıb.
Qeyd edək ki, "Rostov"un baş məşqçisi Kurban Berdıyevdir. Hər iki klub 2016-2017 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.
report.az