Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 4,4 dəfə artıb.
Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda keçirilən III Donor Koordinasiya Görüşündə çıxışı zamanı deyib.
H.Əsədov bildirib ki, cəbhədə baş verən aprel hadisələri Kənd Təsərrüfatı Nazirliyinin elektron kənd təsərrüfatı bazasının yaradılması sahəsində fəaliyyətinə mənfi təsir göstərib.
"Son zamanlar davam edən yağışlar və cəbhədə baş verən aprel hadisələri aerokosmik çəkilişlərə mane olub. Amma düşünürəm ki, biz işləri tezliklə tamamlayacağıq. Əmlak Məsələləri Dövlət Komitəsi və başqa qurumlarla məlumat miqrasiyası sahəsində razılıq əldə etmişik", - deyə nazir qeyd edib.
report.az