Alim Qasımov və Fərqanə Qasımova Londonda konsert verəcək
8.6.2016

Xalq Artisti Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova Londona qastrol səfərinə hazırlaşır.

İyunun 10-da baş tutacaq səfər çərçivəsində ustad sənətkar qızı ilə birgə Londonun “Wiqmore” konsert salonunda konsert proqramı ilə də çıxış edəcək. Konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnılarının səsləndirilməsi ilə yanaşı, ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur. Səfər iyunun 15-dək davam edəcək.

Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edəcək.

azertag.az