Azərbaycana turist kimi gəlmək istəyən əcnəbilər internet vasitəsilə viza ala biləcəklər
4.7.2012

Azərbaycanda turistlərin viza alması prosesinin sadələşdirilməsi yönündə işlər aparılır. Bunu açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, turistlər üçün Azərbaycanda vizaların tətbiqi çox rahatdır: “Bütün vizalara nisbətən qiymətlər daha aşağıdır, cəmi 20 dollar civarında”.

Ə. Qarayevin sözlərinə görə, viza alınması prosesinin sadələşdirilməsi yönündə hazırda texniki məsələlər həll olunur: “Hər bir əcnəbi internet vasitəsilə müraciət edəndən sonra vizaları 15 gün müddətində əldə edə biləcək”.

APA