Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli onbirillik musiqi məktəbi Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hesabat konserti təqdim edib.
Baş İdarədən bildirilib ki, konsertdə istedadlı şagirdlərin ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra və “Arşın mal alan” operettasından Əskərin mahnısı, S.Ələsgərovun “Şalaxo”, V.Adıgözəlovun “Skertso”, J.Bizenin “Karmen”, C.Rossininin “Oğru sağsağan” musiqi əsərləri ilə yanaşı, xalq mahnısı “Sarı gəlin” səsləndirilib.
Konsert məktəbin xor kollektivinin ifasında T.Quliyevin “Sevgi valsı”, R.Lagidzenin “Bahar” və R.Məmmədovun “Heydər Dühalı” mahnıları ilə tamamlanıb.
azertag.az