İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Qurtuluş” tamaşası ilə bölgələrə qastrol səfərinə çıxacaq
8.6.2016

İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyunun 13-dən 15-dək İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşa ilə bölgələrə qastrol səfərinə çıxacaq.

Teatrdan bildirilib ki, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə hazırlanan tamaşaya əsərin müəllifi quruluş verib.

Lənkəran, Sabirabad, Cəlilabad və İmişlidə nümayiş olunacaq tamaşada ulu öndər Heydər Əliyevin bədii obrazını teatrın direktoru İftixar Piriyev canlandıracaq.

Tamaşada digər rolları Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Əhliman Ərşadlı və Əmirulla Nurullayev ifa edəcəklər.

azertag.az