“Tajik Air” aviaşirkəti gələn həftədən Düşənbə-Bakı-Düşənbə aviareysi üzrə uçuşlara başlayacaq.
Tacikistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, ilk uçuş bu il iyulun 10-da həyata keçiriləcək.
İyulun 20-dən etibarən Düşənbə-Bakı aviareysi üzrə uçuşlar müntəzəm olaraq həftədə bir dəfə - cümə günləri “Boeing-737” təyyarələri ilə yerinə yetiriləcək.
Uçuş müddəti 2 saat 45 dəqiqədir. Hər iki istiqamətə biletin qiyməti 480 avro, bir istiqamətə biletin qiyməti isə 240 avrodur.
Bakıdan Düşənbəyə uçuş yerli vaxtla saat 07:30-da yerinə yetiriləcək.
APA