Türkiyədə “Günəş” Vəqfinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə təşkilatın rəhbəri Prof. Dr. Alpaslan Ceylan hıəmin tədbirdə Azərbaycanı təmsil edən millət vəkili Qənirə Paşayevanın Türk Dünyasının birliyi istiqamətində çalışmalarını təqdir edib.
Millət vəkili Azərbaycan və Türkiyənin bugünkü və gələcək nəsillər arasında birlik və bərabərliyin vacibliyini yenə vurğulayıb.
Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı problemlərdən də söz açan Q. Paşayeva “qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır” deyib.
Millət vəkili Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Xocalı Soyqırımından da danışaraq bildirib ki, bu bütün türk xalqlarının ortaq problemidir.
Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına Azərbaycanla bağlı materialları və araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları "Karabağ hikayeleri" kitabını hədiyyə edib.
lent.az