Ağstafa rayonunda heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır.
Rayon statistika idarəsindən bildiriblər ki, cari ilin yanvar-may aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 1582 ton ət, 7855 ton süd və 3 milyon 244 min ədəd yumurta istehsal olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 39 ton, süd 327 ton, yumurta isə 53 min ədəd artıb.
azertag.az