Alimlər yeni enerji mənbəyi tapıblar
9.6.2016

Peru Texnologiya və Mühəndislik Universitetinin alimləri otaq bitkilərindən enerji almağın yolunu tapıblar. Onlar otaq bitkilərindən əldə olunan enerji ilə işləyən və görünüşcə LED lampanı xatırladan, “plantalamparas” adlanan eko-lampa hazırlayıblar.

Məlumdur ki, bitki və mikrobların çürüməsi nəticəsində yaranan sərbəst elektronların hesabına torpaq təbii enerji mənbəyinə çevrilir.

1000ideas.ru saytı xəbər verir ki, qeyd olunan proses oksidləşmə zamanı kimyəvi reaksiyaların nəticəsində baş verir. Lampanı oksidləşmə müşahidə olunan yerdən əmələ gələn elektronları elektrod simlər vasitəsilə tutumlu batareyalara köçürməklə işıqlandırmaq mümkündür. Alinan enerjinin köməyi ilə plantalamparas iki saat müddətində istifadə oluna bilər.


azertag.az