Qoç - Ətrafınızdakılarla ciddi münaqişələr yarana bilər. Sizə elə gəlir ki, qədir-qiymətinizi bilmir, haqsız yerə tənqid edirlər. İstənilən xırda anlaşılmazlıq sizi özünüzdən çıxara, çaşdıra bilər, bu isə məhsuldar işləməyinizə mane olur. Rəhbərliklə aranızda ciddi fikir ayrılığı mümkündür. Maliyyə çətinlikləri istisna deyil.
Ancaq günü tamamilə ümidsiz adlandırmaq olmaz. Hərəkət etməyi, eləcə də düşünməyi bacaran Qoçların ağlına maraqlı ideyalar gələcək. Günün ikinci yarısı uzunmüddətli planlar qura bilərsiniz - məhz bu dövrdə öz qüvvənizi düzgün hesablaya biləcəksiniz.
Buğa - Səhər bir qədər gərgin olacaq: emosional fon həddən artıq pisdir. Xırdalıqları ürəyinizə salacaq, nahaqdan narahatlıq keçirəcəksiniz. Bunlar sizi işlərinizdən ayıracaq. Üstəlik, birlikdə işlədiyiniz insanların qədrini bilmir, sizə doğrudan da kömək etmək istəyənlərin xətrinə dəyirsiniz.
Günün ikinci yarısı əhvalınızı yaxşılaşdıracaq hadisələr baş verəcək. Gələcəyə daha nikbin nəzərlərlə baxmağa başlayacaqsınız. Axşam qonaq qəbulu, dostlar və həmkarlarla qeyri-formal şəraitdə görüşlər üçün münasibdir. İşdə məhəbbət macərası da mümkündür.
Əkizlər - Müstəqil iş üçün münasib gündür - həm gözəl ideyalarınız, həm də onları reallaşdırmaq üçün əla şanslarınız var. Əməkdaşlıq isə istənilən nəticəni verməyəcək: ətrafınızdakıları düzgün qiymətləndirmir, tez-tez tikanlı sözlərinizlə onları incidirsiniz. Ümumi büdcəyə aid məsələləri, pulların bölüşdürülməsini müzakirə etmək məsləhət deyil.
Diqqətli olun: bu gün çox vacib bir məlumat ala bilərsiniz. Əyləncələrə, gərəksiz əşyalara həddən artıq çox pul xərcləməyə meyllisiniz. Axşam səhhətiniz korlana bilər.
Xərçəng - Şəxsi və işgüzar münasibətləri bir-birinə qatmayın. Ziyafətlərdə, yaxud insanların çox olduğu yerlərdə də özünüzə diqqət edin - axmaqlıq edib gülünc vəziyyətə düşə bilərsiniz. Soyuqqanlılığı və sağlam düşüncənizi qoruyub saxlaya bilsəniz, çox güman ki, istədiyinizə nail ola biləcəksiniz.
Xeyli, əsasən şəxsi xarakterli və xoş sürprizlər olacaq. Maraqlı tanışlıqlar mümkündür. Çoxdan xoşunuza gələn birilə də görüşə bilərsiniz.
Şir - Səhərçağı xırda-para problemlər yaranacaq, günün qalanı isə yaxşı keçəcək. İşgüzar danışıqları əla səviyyədə aparacaq, yeni tərəfdaş və ortaqlar tapacaqsınız. Buzları əridib, daş qəlbləri yumşaltmağa qadirsiniz. İntellektual məsələlərin, mürəkkəb sualların cavabını tapmaqla məşğul ola bilərsiniz.
Həm işdə, həm evdə müxtəlif gözlənilməzliklərlə rastlaşacaqsınız. Baş verənlərə vaxtında və düzgün reaksiya verə biləcəksiniz. Mürəkkəb texnikanın, əntiq malların alınması üçün münasib gündür.
Qız - Günün emosional fonu xoşagələn deyil, özünüzü narahat hiss edəcəksiniz. Rəhbərliklə ciddi fikir ayrılıqları mümkündür, bəziləri hətta işlərini dəyişmək barədə düşünəcəklər. Qadın rəhbərlə dil tapmaq ikiqat çətin olacaq: işlə bağlı məsələlərdə razılığa gəlmək şansınız həddən artıq azdır.
Təəssüf ki, evdəki vəziyyət də ürəkaçan deyil: hər kəs közü öz qabağına çəkir. Uzunmüddətli təsiri ola biləcək qərarlar verməyin. Bu gün cari, rutin işlərlə məşğul olmaq daha məsləhətlidir.
Tərəzi - Günün ilk yarısı problemləriniz çox olacaq. Emosional balans pozulub, nə başqalarıyla, nə də özünüzlə dil tapa bilmirsiniz. Xoşagəlməz söhbətlərdən qaçmağa çalışırsınız, amma bunun ətrafdakılarla yaxşı münasibət saxlamağınıza bir köməyi dəymir. Münaqişələr mümkündür.
Şəxsi münasibətlərdə də çətinliklər var və yalnız hadisələrin gözlənilməz axarı onlara son qoya bilər. Günün ikinci yarısı bir qədər özünüz, bu yaxınlarda gördüyünüz işlər barədə düşünün, götür-qoy edin. Bu gün ola bilsin ki, əlinizə pul gəlsin.
Əqrəb - Özünüzə nəzarət edə bilmirsiniz, istənilən xırdalığa görə «partlaya» bilərsiniz. Baş verənlərə müdrikcəsinə yanaşan Əqrəblər qazanacaqlar: soyuqqanlılıqları onlara çətin situasiyadan çıxış yolu tapmağa kömək edəcək. Bundan başqa, bürcün belə nümayəndələrinin intuisiyaları çox güclüdür.
Evdə yaxınlarınızla aranızda xırda anlaşılmazlıqlar, pərtliklər yarana bilər. Buna yumorla yanaşmağa çalışın. Başınızı xoş məşğuliyyətlə, əyləncəylə qatın. Romantik səfər üçün yaxşı gündür.
Oxatan - Narahat, hadisələrlə dolu gündür. Başqa insanların həyatında aktiv iştirak etməli, çətin situasiyaya düşənlərə yardım göstərməli olacaqsınız. Müştərək layihələr üzərində iş üçün münasib gündür. İşlə və şəxsi həyatınızla bağlı maraqlı ideyalarınız yaranacaq - hər şeyi yaxşılığa doğru dəyişmək üçün şansınız çoxdur.
Ancaq barıtınız elə bir atımlıqdır, deyəsən. Çox işi yarımçıq tullayırsınız. Ona görə də nəticələr sizi qane etməyəcək. Dövlət idarələrinin nümayəndələri ilə qarşılaşmağınız xoş olmayacaq.
Oğlaq - Çətin gündür. Xoşagəlməz tendensiyaların təsiri güclüdür, yığılıb qalmış problemləri həll etmək elə də asan olmayacaq. Sizi anlamır, istədiyiniz kimi dəstəkləmirlər. Sadəcə, sizə qulaq asacaq, dinləyəcək birinə ehtiyacınız var, o isə təəssüf ki, çox uzaqlardadır.
Maliyyə problemlərinin həllinə girişməyin. Xüsusilə söhbət ümumi, ailəyə aid olan pullardan gedirsə. Elə bilirsiniz ki, yaxınlarınıza təsiriniz güclüdür, ancaq diqqətli olun: onlar sizinlə razılaşmayanda təəccübdən ağzınız açıq qalmasın.
Dolça - Gün sizə asan və xoş gəlir. Amma imkanlarınızı düzgün dəyərləndirmirsiniz, yüngüllüyə meyllisiniz, bu səbəbdən də tez-tez özünüz-özünüzə problem yaradırsınız. Pis vəziyyətə düşmək istəmirsinizsə, tez-tez hərəkətlərinizin mümkün nəticələri barədə düşünün.
Yaxşı dostların əhatəsində əyləncələr, ziyafətlər üçün münasib gündür. Dostlarınızla asan dil tapırsınız, sevdiyinizlə münasibətiniz əladır. Yalqız Dolçaları maraqlı tanışlıq gözləyir: münasibətlər sizin adət etmədiyiniz məcrada inkişaf edir, amma bundan qorxmaq lazım deyil.
Balıqlar - İdeyalarınızın düzlüyünə və dahiyanə olmasına o qədər əminsiniz ki, hətta konstruktiv tənqidə və yaxşı məsləhətlərə də qulaq asmaq istəmirsiniz. Üstəlik, həm birincini, həm də ikincini sərt şəkildə inkar edirsiniz. Bu səbəbdən yalnız qalmaq, tərəfdaşlarınızı itirmək riskiniz artır. Özünüzü ələ almağa, təmkinli olmağa çalışın.
Xoşagəlməz xəbər ala bilərsiniz. Planlarınızı dəyişməli, çoxdan təyin etdiyiniz görüşdən imtina etməli olacaqsınız. Sevdiyiniz adamla ciddi fikir ayrılıqları, valideynlərinizlə münaqişə mümkündür.
Milli.Az