​Azərbaycanda qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək - XƏBƏRDARLIQ
9.6.2016

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə növbəti dəfə xəbərdarlıq edib.

Departamentdən verilən məlumata görə, ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti iyunun 13-dək davam edəcək.

Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

report.az