Saatlıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
9.6.2016

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, layihələrdə iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, ixtisaslaşdırılmış "yaşıl market"in, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

azertag.az