İyunun 14-də Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar İncəsənət Xadimi Həbib İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə reallaşacaq.
Mədəniyyət, incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Həbib İsmayılovun Azərbaycan kino sənətinə verdiyi dəyərli töhfələrdən söz açılacaq. Onun rejissoru olduğu “Böyük dayaq”, “Cəfər Cabbarlı”, “Ögey ana” və digər kinofilmlərdən fraqmentlər göstəriləcək.
azertag.az