Bu gün paytaxtda kifayət qədər aerobika zallarına rast gəlirik. Əvvəlki illərə nisbətən aerobika ilə məşğul olanların sayı da çoxalır. Bəs, görəsən aerobika ilə məşğul olanlar onun faydası, ümumiyyətlə barəsində nə bilirlər? Elə buna görə də sizə bu yazımızda aerobikadan danışacağıq.
Aerobika nədir?
Əzələlərin oyanması zamanı bədəndə maddələr mübadiləsi güclənir və orqanizm enerji ehtiyatını xərcləyir. Hərəkət zamanı, yəni aerob şərtlərdə bizim qan dövranı sistemimiz daha çox oksigen qəbul edir və bunun nəticəsində bütün orqanizmin işi güclənir və fəallaşır.
Geniş mənada aerobikaya qaçış, yerimə, üzmə, konki sürmə, xizək, velosiped və digər hərəkət aktivliyi daxildir. Ümumiinkişafetdirici və rəqs hərəkətləri belə ürək-damar və nəfəs sisteminin işinin stimullaşdırılmasına səbəb olur. Məhz bu musiqi sədaları altında yerinə yetirilən müxtəlif hərəkət komplekslərini “aerobika” adı altında birləşdirməyə səbəb oldu. Sağlamlaşdırıcı hərəkətlərin bu istiqaməti bütün dünyada geniş yayılıb.
Aerobikanın faydası
İndi aerobikanın faydası təsdiqlənib. Aerobika orqanizmin oksigenə tələbatı və onun təminatı arasında balansın gözlənilməsidir. Oksigenə tələbata orqanizmin cavabı məşq effekti və ya pozitiv irəliləyişdir:
– qanın ümümi həcmi o dərəcədə artır ki, oksigenin dövretmə imkanı güclənir və buna görə də insan gərgin fiziki iş rejimində dözümlülük nümayiş etdirir.
– ağciyərlərin həcmi böyüyür və son araşdırmalara görə bunun nəticəsində uzunömürlülük artır.
– orta əzələ möhkəmlənir və qanla daha yaxşı təmin olunur.
– orqanizmdə xolesterinin miqdarı azalır və ateroskleroz xəstəliyinin təhlükəsi azalır.
– sümük sistemi möhkəmlənir
– fiziki və emosional stresslərə qarşı dözümlülük artır.
– iş qabiliyyəti artır.
– arıqlamağa və çəkini normada saxlamağa kömək edir.
Minimum vaxta maksimum fayda verən bir çox aerobika proqramları mövcuddur. Bu nəticələrə nail olmaq üçün həftədə 90 dəq məşq kifayətdir.
Aerobikanın növləri
Aerobikanın aşağıdakı təsnifatı daha uyğundur:
– sağlamlaşdırıcı
– tətbiqi aerobika
– idman aerobikası
Sağlamlaşdırıcı aerobika – ən kütləvi məşğul olunan növdür. Fiziki hərəkət və musiqidən ibarət bu proqramların hazırlanmasında müxtəlif növ mütəxəssislər iştirak edirlər.
Sağlamlaşdırıcı aerobikanın xarakter cizgisi kimi kardioraspirator sistemin vəziyyətini sabit saxlayan məşöələnin aerob hissəsi daha maraqlıdır.
İdman aerobikası – idmançılar asiklik hərəkətlərdən ibarət fasiləsiz və intensiv hərəkət kompleksləri yerinə yetirir. Rəqslərin əsasını aerobika üçün ənənəvi olan aerob addımlar və onların növləri təşkil edir.
Tətbiqi aerobika – əsasən başqa idman növləri ilə məşğul olan idmançıların hazirlanmasında, istehsalat gimnastikası zamanı, müalicəvi idman zamanı, eləcə də, rekreasiyon tədbrilərdə ( şou proqramlarda, idmançıları dəstək qruplarında, çerlidinqdə) istifadə olunur.
İstənilən aerob məşqin əsasını yerimə, qaçış, eləcə də güc və elasitlik məşqlərində yerinə yetirilən hərəkətlər təşkil edir.
Aerobika ilə necə məşğul olmaq lazımdır
Hərəkətlərin intensivliyi çox müxtəlif olduğu üçün aerobikanın enerji dəyərini təyin etmək çətindir. Məsələn 1 km-i 4 dəqiqəyə qaçmağn yalnız bir üsulu vardır. Amma aerobikayla yan-yana məşğul olan iki qız enerji sərfiyyatına görə kəskin fərqlənə bilərlər. Hal-hazırda çoxlu effektiv aerobika proqramlarından istifadə olunur. Onların effektini və ya hansının sizin üçün daha yaxşı olmasını təyin etmək üçün yalnız üzərinizdə dənəyə bilərsiniz.
Ümumi şəkildə aerobika məşğələsi aşağıdakı mərhələlərdən ibarətdir :
Razminka
Aerob faza
Maneə dəf etmə
Güc tətbiqi
Əgər bu 4 fazaya dəqiq riayət edilsə heç bir zədəalma olmaz.
Hər dörd faza üçün vaxta riayət edildikdə ümumi aerobika məşğələsi 40 dəqiqəyə yaxın vaxt aparır. Əgər bu məşğələ sizi maraqlandırsa və xoşunuza gəlsə bu 40 dəq hissolunmadan keçəcək.
Dərslərə marağı saxlamaq üçün məşqçi müəyyən təlim strategiyasını gözləməli, hərəkətetmə təcrübəsinə, məşq edənin hazırlığına və yaşına görə rəqs proqramlarını çətinləşdirməlidir. Aerobika ilə məşğul olan zaman rəqs hərəkətlərinin müxtəlifliyini təmin edən aşağıdakı metodlar tətbiq olunur:
1. Musiqili interpretasiya metodu.
2. Çətinləşdirmə metodu.
3. Oxşarlıq metodu.
4. Bloklar metodu.
5. “Kaliforniya tərzi” metodu.
zerif.az