"Bank Respublika" zaminsiz yay kreditləri təklif edir
10.6.2016

"Bank Respublika" 2 min manatadək zaminsiz yay kreditləri təklif edir.

Bankdan bildiriblər ki, yay mövsümü ərəfəsində "Bank Respublika" manatla nağd kreditin verilməsini bərpa edib. Bundan əlavə, müştərilərin daha çox məbləğə olan tələbatını nəzərə alaraq bank, eyni zamanda, zaminlə 5 min manatadək nağd kredit ayıra bilər. Kreditin müddəti 6-18 ay təşkil edir.

Qeyd edək ki, "Bank Respublika"dan kredit götürən müştəri bir sıra xidmətlər paketindən pulsuz istifadə edə bilər.

azertag.az