Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında böyük sənətkarın adını daşıyan 2 nömrəli onbirillik musiqi məktəbi konsert proqramı ilə çıxış edib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən bildirilib ki, konsert R.Behbudovun xatirəsinə ithaf olunub.
Konsertdə məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor kollektivi, skripkaçılar ansamblı bir-birindən maraqlı musiqi nömrələri təqdim ediblər.
azertag.az