Tanınmış yazıçı Elçin Hüseynbəyli “Yenə iki od arasında” romanını tamamlayıb.
Yazıçı bildirib ki, şərti olaraq “Səkkizinci Qarabağnamə” adlanan roman böyük mütəfəkkir yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub. Romanda Qarabağ tarixinin maraqlı hadisələrindən də bəhs olunur.
Müəllif romanın payız aylarında nəşr olunacağını bildirib.
azertag.az