Bilik Fondunun nümayəndələri Akademik Zərifə Əliyeva adına Liseyin qonağı olublar
10.6.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və aparıcı məsləhətçi Almaz Axundova Akademik Zərifə Əliyeva adına Liseyin qonağı olublar.

Bilik Fondundan bildiriblər ki, görüşdə O.Səmədov bu qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, istedadlı gəncləri fondun Könüllülər Birliyinə üzv olaraq tədbirlərə qatılmağa dəvət edib.

Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva təhsil ocağının fəaliyyətindən, qazanılan uğurlardan danışıb.

Görüşdə yeni tədris ilində təhsil müəssisəsi ilə Bilik Fondu arasında qurulacaq əlaqələr, birgə tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

azertag.az