Xacmazda “Multikulturalizm ili” çərçivəsində tamaşa göstərilib
10.6.2016

Azərbaycan Dövlət Musiqili Teatrı “Multikulturalizm ili” çərçivəsində Xacmazda tamaşa nümayiş etdirib.
Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

V.Ulanovski və V.Orlovun uşaqlar üçün “Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. Bundan əvvəl isə Masallı rayonunda yenə də uşaqlar üçün O.Zülfüqarov və R.Heydərin “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacaların ixtiyarına verilib.

Tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır.
Rolları əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edib.

report.az