​"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib
10.6.2016

"Respublika Xatirə Kitabı" Redaksiyası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.
Bununla bağlı baş nazir Artur Rasi-zadə qərar imzalayıb.

Bu qərar Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alınaraq qəbul olunub.
Qərara əsasən, "Respublika Xatirə Kitabı" Redaksiyasının 2016-cı ildə fəaliyyətini davam etdirməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi 2016-cı il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Elm" köməkçi bölməsinin müvafiq paraqrafında Azərbaycan Milli Elmlər Akademiyası üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi 2017-ci ildən başlayaraq, "Respublika Xatirə Kitabı" Redaksiyasının fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin proqnozlaşdırılmasını təmin edəcək.

report.az