Almaniyanın Münhen şəhərində “Oktoberfest” (Oktyabr festivalı) festivalı keçirilir. Festival hər il sentyabrın sonlarından başlayaraq oktyabrın birinci həftəsinin sonuna qədər davam edir. Festival ümumilikdə 16-18 gün davam edir. Bu ilki festival sayca 178-cidir. 17 gün davam edəcək festivala 6 milyon iştirakçının qatılacağı gözlənilir. Xatırladaq ki, “Oktoberfest” festivalı ilk dəfə 1810-cu ildə Şahzadə Ludvig və şahzadə Hildburgauzenin evliliyi şərəfinə keçirilib. Festivalda regiona aid olan “dirndl” geyimləri və dəri şalvarlar nəzərə çarpır. “Oktoberfest” festivalında bir litrlik xüsusi qədəhlərdə təqdim olunan pivənin qiyməti 8,70-9,20 avro arasında dəyişir.