“Elxan ömrü, saz ömrü” kitabı nəşr olunub
10.6.2016

“Ağrıdağ” nəşriyyatında nəfis tərtibatla “Elxan ömrü, saz ömrü” adlı yeni kitab işıq üzü görüb.

Azərbaycan Aşıqlar Birliyinin mətbuat xidmətinin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, kitab, tanınmış folklorşünas alim, filologiya elmləri namizədi Elxan Məmmədlinin 70 illik yubileyi münasibətilə nəşr olunub. Kitaba E.Məmmədlini yaxından tanıyan ziyalıların, aşıq sənətinin bilicilərinin, dostlarının və yaxınlarının ürək sözləri ilə yanaşı, yubilyarın poetik yaradıcılığından nümunələr də daxil edilib.

Kitabı oxuyan hər kəs Elxan Məmmədlinin Azərbaycan folklorşünaslığı, mədəni mühiti, sazımızın-sözümüzün təbliği üçün gördüyü işlərlə tanış ola biləcək.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, tərtibçisi Vüsal Abiyevdir.

azertag.az